16 İyul 2026
Dünya futbolu

“İnter” Premyer Liqadan futbolçu alır

“İnter” “Tottenhem”in sağ cinah müdafiəçisi Ced Spensi heyətinə qatmağa çalışır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya nəhənginin artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurduğu bildirilir. Milan təmsilçisi 25 yaşlı futbolçunu Denzel Dumfrisin mümkün ayrılığına alternativ hesab edir. “Tottenhem” uyğun təklif gələcəyi halda transferə mane olmayacaq.

Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir. 

Spens ötən mövsüm bütün turnirlərdə 42 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib və Premyer Liqanın ən məhsuldar cinah müdafiəçilərindən biri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43