17 İyul 2026
Ölkə futbolu

“Qarabağ” Avropa Liqasında növbəti mərhələdə 

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İslandiyada “Vestri” ilə üz-üzə gəlib. Qarşılaşmada  komandamız rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul 

“Vestri” – “Qarabağ” 0:3

Qol: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zakaria Savo, 56.
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (hamısı Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.
(İlk oyun – 0:3).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43