Şotlandiyanın “Reyncers” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, klubun MLS təmsilçisi “Filadelfiya Union”da çıxış edən Olvetu Maxanya ilə ciddi maraqlandığı bildirilir. Lakin Amerika klubu futbolçu üçün gələn dörd təklifi geri çevirib.
Buna baxmayaraq, “Reyncers”in yaxın günlərdə yeni təklif hazırlayacağı iddia olunur.
22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm 31 oyunda 2 qol vurub və Cənubi Afrika millisinin də üzvüdür.

