Argentina millisinin sabiq hücumçusu Ernan Krespo Meksikanın “Atlas” klubunun baş məşqçisi təyin edilib.
İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. Krespo son olaraq Braziliyanın “San-Paulu” klubunu çalışdırıb və bu ilin martında həmin komandadan ayrılıb.
Məşqçilik karyerası ərzində o, “Banfild”, “Defensa və Xustisiya”, “Əl-Duhail”, “Əl-Ayn” və “Modena” klublarında da işləyib.

