“Mançester Yunayted” “Ayntraxt”ın yarımmüdafiəçisi Hüqo Larssonun transferi üçün danışıqları davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İngilis klubunun artıq futbolçunun nümayəndələri ilə əlaqə saxladığı bildirilir. 22 yaşlı isveçli ötən mövsüm 46 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniya klubu onu satmaq üçün ən azı 50 milyon avro tələb edir.

