“Everton” “Bolonya”nın hücumçusu Santyaqo Kastronu yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir.
İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi Betonun mümkün gedişindən sonra hücum xəttini gücləndirmək niyyətindədir. 21 yaşlı argentinalı ötən mövsüm 40 oyunda 17 qol vurub, 6 məhsuldar ötürmə edib.
Tərəflər arasında hələlik rəsmi danışıqlar başlamayıb. Mənbə: Royal Blue Mersey.

