17 İyul 2026
Ölkə futbolu

Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək

Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, A milli sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq.

Qeyd edək ki, A milli UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43