Şotlandiyanın “Seltik” klubu “Sabah”ın futbolçusu Aaron Maludaya marağını davam etdirir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı cinah oyunçusunun transferi ilə bağlı hələlik rəsmi danışıqlar başlamasa da, Qlazqo təmsilçisi futbolçunu izləməkdə davam edir.
Keçmiş “Çelsi” futbolçusu Floran Maludanın oğlu olan Aarona İtaliyanın “Sampdoriya” klubu və daha bir neçə komanda da maraq göstərir.
Maluda ötən mövsüm Azərbaycan çempionu olan “Sabah”ın heyətində bütün turnirlərdə 27 oyuna çıxaraq 8 qol vurub.
Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Kamilo Duran da bir müddət öncə “Seltik”ə transfer olunmuşdu.

