18 İyul 2026
Ölkə futbolu

“Neftçi” – “Dinamo” oyununun hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək. Yan xətt hakimləri Marios Kaloqirou və Giorgios Çaralampous, dördüncü hakim isə Konstantinos Neofytou olacaq.

İyulun 22-də “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə iyulun 30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43