18 İyul 2026
Dünya futbolu

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu üçün təklif göndərib 

“Qarabağ” heyətini sabiq “Liverpul” futbolçusu Nabi Keyta ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az “TransferFeed” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu 31 yaşlı qvineyalı yarımmüdafiəçi üçün “Ferentsvaroş”la rəsmi danışıqlara başlayıb və Macarıstan təmsilçisinə ilk təklifini göndərib.

Bildirilir ki, “Qarabağ” rəhbərliyi təcrübəli futbolçunun avrokuboklarda komandaya ciddi fayda verəcəyini düşünür.

“Transfermarkt”a əsasən, Nabi Keytanın bazar dəyəri 1,5 milyon avrodur. O, 2026-cı ilin yanvarından “Ferentsvaroş”un formasını geyinir.

Qvineya millisinin üzvü olan yarımmüdafiəçi yığmada keçirdiyi 58 oyunda 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43