“Çelsi” müdafiə xəttini gücləndirmək üçün “Kristal Pelas”ın mərkəz müdafiəçisi Maksens Lakruanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçu üçün 55 milyon funt sterlinq ödəməyə hazırdır. “Kristal Pelas” isə 26 yaşlı fransalı ilə yalnız yüksək məbləğ qarşılığında vidalaşmağa razıdır.
Lakrua ötən mövsüm 39 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

