18 İyul 2026
Ölkə futbolu

Asim Xudiyev “Braqa”nın oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) – “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43