18 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də köməkçi məşqçilər müəyyənləşdi – RƏSMİ

“Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43