Ölkə futbolu

“Kəpəz”dən inamlı qələbə – YENİLƏNİB

Premyer Liqada 25-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Sumqayıt” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Görüş qonaqların inamlı qələbəsiylə başa çatıb 1-3.

Turun digər oyunları martın 2-si və 3-də keçiriləcək.

1 mart (cümə)

19:00.“Sumqayıt” – “Kəpəz” 1:3

Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20, Mate Kvirkiya, 62, Rüfət Əhmədov. 90+5

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43