Kateqoriyasız

“Sumqayıt” “Neftçala” və “Şuşa” ilə qarşılaşacaq

Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahəti başa vurub. Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası yanvarın 3-dən etibarən “Kapital Bank Arena”da hazırlığa start verib. Əvəzedici komandada əsas məqsəd kollektivi komplekləşdirməkdir. Bu səbəbdən komandada seleksiya işləri davam etdirilir. Hazırda klubun akademiyasından bir neçə futbolçu məşqlərə dəvət edilib. Komandamız yanvarın 10-dan etibarən təlim-məşq toplanışına satrt verəcək. Bu ərəfədə əvəzedicilər 3-4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq yoxlama oyunları üçün rəqiblərdə müəyyənləşib. Komandamız “Qarabağ”ın əvəzediciləri, 1-ci divizion təmsilçiləri “Neftçala” və “Şuşa” ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43