Ölkə futbolu

“Sumqayıt” onu razı sala bilmir

“Sumqayıt” legioneri ilə anlaşa bilmir.

İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar” Masaki Muratanı komandada saxlamaq istəsə də, oyunçu ilə razılığa gələ bilmir. Belə ki, yaponiyalı futbolçu növbəti mövsümdən maaşının artırılmasını tələb edir. 

Tərəflər arasında bir müddətdir davam edən danışıq hələlik yekunlaşmayıb. Əgər rəhbərlik maliyyə məsələsində Muratanı razı sala bilməsə, oyunçu növbəti mövsüm komandada olmayacaq.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin “Sumqayıt”la müqaviləsi yayda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43