Ölkə futbolu

Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43