Ölkə futbolu

“Sumqayıt” “Vardar”la qarşılaşacaq

“Sumqayıt” artıq yanvarın 4-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, komanda baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 11-dək ölkə daxilində keçəcək.  Sumqayıt təmsilçisi yanvarın 11-i saat 15:00-da “Dalğa Arena”nın köməkçi meydançasında I Divizion təmsilçisi “Şüvəlan”la yoxlama oyunu keçirəcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın “Jetısu”, 19-də Bosniya və Herseqovinanın “Çelik”, 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43