Kateqoriyasız

“Sumqayıt” “Zirə” ilə bərabərə qaldı

Yeni mövsüm öncəsi hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti yoxlama görüşünü keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi bu dəfə “Zirə” ilə üz-üzə gəlib.

Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama görüşündə “Şuşa-Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43