Ölkə futbolu

“Sumqayıt”da ayrılıq: ikisi də legioner

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” iki furbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, “gənclik şəhəri”ni tərk edən futbolçular – bosniyalı hücumçu Almir Aqanspahiç və qazaxıstanlı Rıfat Nurmuqametdi. Bosniya və Herseqovinadan olan forvard icarə əsasında “Sumqayıt”da çıxış edirdi. O, müqavilə ilə məxsus olduğu “Çukariçki”yə qayıdıb.

Rıfat Nurmuqametin çıxışı isə “Sumqayıt”ın məşqçilər korpusunu qane etməyib. Buna görə də, o da gedənlərin siyahısında yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43