Ölkə futbolu

Sumqayıtda bərabərlik, “Neftçi” uduzdu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüş 0:0 hesabı ilə sona çatıb.

 “Gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, “qırmızı-qaralar” 8 xalla 9-cu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşündə isə “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib. “Neftçi Arena”dakı matç qonaqların qələbəsi ilə başa çatıb – 1:0

“Ağ-qaralar” 15 xalla 5-ci, “Sabah” isə 13 xalla 8-ci sıradadır.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah” 0:1

Qol: Boyan Letiç, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43