Ölkə futbolu Premyer Liqa

“Son 5-6 oyunda hamıdan çox hücum edirik, amma son nöqtəni qoya bilmirik”

“Hər iki komanda qalib gələ bilərdi. Nəticə ədalətli oldu. Komandam meydançada istədiyimiz bəzi elementləri verməyə çalışır. Bəzi çatışmazlıqlar var idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt”la oyundan (0:0) sonra deyib.

O, komandasının qələbə qazana bilməməsini belə izah edib:

“Hücumların sayı çoxdur. Tək bu oyunda deyil, son 5-6 oyunda hamıdan çox hücum edirik, amma son nöqtəni qoya bilmirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43