Ölkə futbolu

“Sumqayıt”ın futbolçusu üçün yubiley oyun

Topaz Premyer Liqasının XV turu Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub.

İdmanxeber.com-un əlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner kimi də tarixə düşüb.

Yubileyi “Simurq”la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43