İdman

“Sumqayıt”ın qapısına qolu kimin vurduğu bəlli oldu

Azərbaycan Premyer Liqasının XXII turunun “Neftçi” – “Sumqayıt” matçının protokolunda dəyişiklik edilib.  

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, avtoqol  “Sumqayıt”ın üzvü Azər Salahlının passivindən silinib. 

63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd  olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata  keçirilib.

Xatırladaq ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43