Dünən Premyer Liqanın 32-ci turu çərçivəsində baş tutmuş “Sumqayıt” – “Bakı” oyunundan sonra xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmadan sonra “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərov özünü pis hiss edib.
Dərhal xəstəxanaya aparılan klub rəsmisi elə dünən gecə ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti normaldı.