Kateqoriyasız

Superkubokun təhlükəsizliyi necə təmin olunacaq? – AÇIQLAMA

Oktyabrın 23-də Naxçıvanda keçiriləcək Superkuboka hazırlıq davam edir.

“Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutacaq oyunun İbrahimxəlil Axundlu stadionunda keçiriləcəyindən xəbərdarsız. Prinsipial rəqiblərin duelində təhlükəsizliyin hansı səviyyədə qorunması haqda idmanxeber.com saytına sözügedən arenanın direktoru İbrahim Rzayev məlumat verib.

Əzəli rəqiblərin arasındakı olaylardan xəbərdar olduğunu bildirən Rzayev, bunları deyib:

“Bu komandalar arasında baş tutan oyunlarda qalmaqalların baş verdiyi haqda məlumatımız var. Buna görə də, təhlükəsizlik xidməti yüksək səviyyədə təşkil olunacaq. Xeyli sayda polis əməkdaşları, əsgərlər bu oyunun təhlükəsizliyini qoruyacaqlar. Sizi əmin edirəm ki, burada tam fərqli olacaq. Gəlib özünüz görərsiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43