Ölkə futbolu

Saşa Yunisoğlu oynadı, “Dənizlispor” qələbə qazandı

Həmyerlilərimiz Saşa Yunisoğlu və Arif İsayevin formasını geyindiyi “Dənizlispor” PTT Birinci liqasında növbəti oyununa çıxıb.

Dənizli təmsilçisi səfərdə “Mərsin İdman Yurdu”nun qonağı olub. Görüş ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu maçtda Arif İsayev zədəli olduğu üçün forma geyinməyib. Saşa Yunisoğlu isə start heyətində meydanda yer alıb və sonadək oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43