Kateqoriyasız

Sxadadze 3 “İnter”lidən ikisinə güvəndi, digərinə yox

Kaxabaer Sxadadzenin Gürcüstan millisindəki debütü uğurlu alınıb.

İdmanxeber.com-un məlumatına görə, ötən gün yoldaşlıq matçında Gürcüstan millisi Maltanı iki cavabsız qolla məğlub edib – 2:0. 

Sxadadze start heyətində “İnter”də top qovan iki futbolçunu da meydana buraxıb. Tiflisdə baş tutan qarşılaşmada Aleksandr Amisulaşvili 90 dəqiqə meydanda olub. Sxadadze oğlu Baçana Sxadadzeni isə 70-ci dəqiqədə meydana buraxıb. 

Digər “İnter”li Laşa Salukvadze isə meydana çıxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43