Milli komanda

Sxadadze AFFA-ya “yox” deyəcək

Berti Foqtsun istefasından sonra boş qalmış posta bir neçə namizədlər var ki, adları öndə gələnlər arasında "İnter"in baş məşqçisi Kaxaber Sxadadze də var.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, gürcüstanlı mütəxəssis "İnter"dən ayrılmayacaq. Sxadadzenin millinin baş məşqçi postuna gətiriləcəyi deyilsə də, təcrübəli mütəxəssisin bu yerdə gözü yoxdu. Hətta təklif gələcəyi halda onu geri çevirəcək.

Hər halda yaxın vaxtlarda məsələ tam olaraq dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43