Kateqoriyasız

Platini futbol qaydalarına maraqlı dəyişikliklər etmək fikrindədi

UEFA prezidenti Mişel Platini maraqlı təkliflə diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Platini özünün yazdığı “Futbol haqqında danışaq” kitabında ağ vərəqələrin tətbiq olunmasından yazıb. Platininin təklifinə əsasən, futbolçu hakimə etiraz edəcəyi təqdirdə, hakim onu ağ vərəqə göstərir, bundan sonra 10 dəqiqə müddətinə meydandan uzaqlaşdırılır. Bundan başqa  məşqçilərə üç yox, beş futbolçu dəyişikliyindən istifadə etmək hüququ verilməsi və hakimlərə qoyulan minumum yaş həddinin aradan qaldırılması və yan xətt hakimlərinin meydana daxil olmasına icazə verilməsini Mişel Platini kitabında qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43