Bakı “İnter”i qış transfer pəncərəsində heyətinə qatdığı İvo Toborski ilə yayda yolları ayıracaq.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadzenin əsas heyətdə möhkəmlənə bilməyən çexiyalı forvardı göndərəcəyi dəqiqləşib. Çexiyanın “Teplitse” klubundan “İnter”ə 6 aylıq müqavilə şərti ilə qoşulan Toborskiyə özünə klub tapması bildirilib.
Qeyd edək ki, Toborski “İnter”də cəmi 5 oyunda meydanda olub ki, bu matçlarda qol vura bilməyən çexiyalı forvard heç bir oyunda 90 dəqiqə mübarizə apara bilməyib.