Ölkə futbolu

Sxadadze yenə ehtiyatlı danışdı: “…yaxınlaşırıq”

Premyer Liqanın 32-ci turu çərçivəsində “İnter” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı darmadağın edərək, ikinci ye4dəki mövqeyini qoruyub.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in çalışdırıcısı Kaxabar Sxadadze qazanılan parlaq qələbəni belə şərh edib:

“Komandamı parlaq qələbə ilə təbrik edirəm. Bizim üçün qalib gəlmək vacib idi. Tədricən avrokuboklara vəsiqə qazanmağa daha da yaxınlaşırıq. Bizim komandaya xas olan qol vurduq. Bunun üzərində məşqlərdə işləyirik. İlk qoldan sonra praqmatik oyun göstərdik. Rəqib hesabda geri düşdükdən sonra müdafiədə boşluqlar buraxırdı. Futbolçularımız da bu boşluqlardan istifadə etməyə tələsirdilər. Bunun nəticəsində oyun qarşılıqlı hücumlarla keçdi. Sürətli hücum edir və geriyə çəkilməyə məcbur olurduq. Bütün əvəzetmələrimiz uğurlu oldu. Bu oyunu artıq unutmalıyıq. Qarşıda “Sumqayıt”la çətin oyunumuz var. Rəqib gənc futbolçulardan ibarət olan prinsipial komandadır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43