08 Sentyabr 2024
Kateqoriyasız

Syomin “İnter”i təriflədi, Sxadadze “layiq deyildik” dedi

Premyer Liqanın 10-cu turunda “Qəbələ” paytaxtda “İnter”i minimal hesabla məğlub etdi – 1:0.

Sizə hər iki klubun baş məşqçilrinin matçdan sonra səsləndirdikləri fikirləri təqdim edirik:

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komandadan razı qaldım, məğlub olmağa layiq deyildik. Qol imkanları yaratsaq da, son vuruşu edə bilmədik”.

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Çempionatda uzun fasilə yaranmışdı, komanda taktiki baxımdan yaxşı hazırlaşdı. Yaxşı oyun göstərdik, layiq olduğumuz qələbəni qazandıq. “İnter” güclü komandadır, oyununda irəliləyiş hiss olunur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43