Premyer Liqa

Syomin: “Neftçi”yə məğlubiyyətdən sonra necə toparlanmağımız haqda düşünürdük”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandasının Premyer Liqanın 18-ci turu çərçivəsində evdə “Bakı” üzərində 2:0 hesablı qələbəsinə şərh verib.

“Qarabağ” üzərində qələbədən sonra yaxşı əhvalda olan güclü komandaya qarşı oynayırdıq. Biz isə, əksinə, “Neftçi”yə məğlubiyyətdən sonra necə toparlanmağımız haqda düşünürdük. Bütün bunlara baxmayaraq, futbolçularım qələbə üçün hər şey etdilər. İlk qola qədər biz topla daha yaxşı oynayırdıq. Qol vurandan sonra isə, müdafiə haqda çox düşündük. İli yaxşı əhvalda bitirdiyimiz üçün çox şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43