“Yüz faiz penaltidir. Bu epizodu necə görməyə, penalti verməyə bilər?”
Bu sözləri türkiyəli sabiq hakim Selçuk Dərəli İdmanxeber.az saytına “Frayburq” – “Qarabağ” matçının sonlarında Ağdam klubunun penalti gözlədiyi epizoda fikir bildirərkən deyib.
FİFA referisi görüşün hakimi Erix Lambrextsinin kobud səhvə yol verdiyini vurğulayıb:
“Açığı, qərar çox yanlışdır. Həvəskar səviyyəli hakimin belə penalti təyin edəcəyi epizodu VAR-a rəğmən, verməyib. Müdafiəçi açıq-aşkar Abdullah Zubirin topa vurmasına mane olur. Üstəlik çiynindən deyil, belindən vurur. Tər-təmiz penaltidir, hakim böyük səhv edib”.
S.Dərəli “Frayburq”un görüşün əvvəlində qazandığı penaltiyə də şərh verib:
“Qərar mənə bir az ağır gəldi. Hakim penalti təyin etməyə bilərdi. Ancaq bu qərara görə onu çox da tənqid edə bilmərik. Çünki müdafiəçinin kobud müdaxiləsi var”.
Həsən Quluzadə