Dünya futbolu

“Qalatasaray”da ayrılıq

“Qalatasaray” futbolçusu Emre Akbabanı satıb.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı oyunçu karyerasını “Adana Demirspor”da davam etdirəcək. 500 min avro qarşılığında Adana klubuna satılan Akbaba ile  2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emre ötən ildən “Qalatasaray”da oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43