Kateqoriyasız

“Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq”

Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik. Bu, futzal üçün çox azdır. Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, səhvləri görmək üçün daha çox oyun keçirmək lazımdır: “Amma biz hazırlıq prosesində hələlik cəmi 1 oyuna çıxmışıq. Heyətimizdə olan oyunçuların hamısına şans verməyə çalışırıq. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar azda olsa, oynamaq şansı qazanırlar. Üç futzalçımız isə zədəlidir”.

O, UEFA Çempionlar Liqasının startınadək çempionat və yoldaşlıq oyunları ilə bu boşluğu doldurma olduqlarını söyləyib: “Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar. Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik”.

Qeyd edək ki, “Araz Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə D qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43