Kateqoriyasız

Tahir Gözəl UEFA-da: Marçetti vitse-prezidentə nə dedi?

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə bu gün görüşüb.

İdmanxeber.com-un məlumatına görə, görüşdə bu məsələlər müzakirə olunub:

“Qarabağ”ın vitse-prezidenti UEFA məmuruna əvvəlcə Ağdam klubu haqqında məlumat verib. “Qarabağ” komandasının Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. “Qarabağ”ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib.

T.Gözəl “Qarabağ”ın çıxışından da danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda  vacib  olduğunu vurğulayıb.

O, İtaliya “İnter” ilə son oyunda baş verən məlum olaya toxunub. “Qarabağ”a qarşı edilən haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması yox, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

Marçetti isə baş verən olayla əlaqədar UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib.  Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib:

“İstənilən halda UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəçolik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacayacağınız təqdirdə “Qarabağ”ın etiraz hüququ var. Klubun UEFA-nın bayrağı altında olan  digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malikdir”.

Marçetti həmçinin  “Qarabağ”ın uğurlu çıxışını təqdir edib. “Qarabağ”ın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, daha öncə Bakıda olduğunu paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Ən sonda “Qarabağ”ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək komandaya uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43