Ölkə futbolu

Tarixdə 102-ci, Azərbaycan Premyer Liqasında 62-ci

Tarixdə 102-ci, Premyer Liqada 62-ci

Topaz Premyer Liqasının V turu Adrian Skarlatakenin “Zirə”də debütü ilə əlamətdar olub. Düzdür, rumıniyalı müdafiəçi ötən turda da iştirak etmişdi. Lakin “Səbail”lə matçın nəticəsi (1:1) ləğv olunduğundan Adrianın debütü “Neftçi” ilə qarşılaşmada (1:2) rəsmiləşib. Skarlatake “Zirə”nin tarixinə 102-ci futbolçu kimi düşüb. O, Premyer Liqada “qartallar”ın formasını geyinən 62-ci oyunçudur.

Mərkəz müdafiəçisi klubun tarixində 2-ci rumıniyalıdır. Onadək həmyerlisi Qabriel Matey “Zirə”nin şərəfini qoruyub. Cinah müdafiəçisi 2017/18 mövsümündə çempionatda 10, UEFA Avropa Liqasında 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində daha 6 oyunçu “Zirə”də ilk matçını keçirib. Bunlar Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad, Budaq Nəsirov və Bilal Həmdidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43