Dünya futbolu

Tarixi qərar: VAR-dan dəyişən qərarları azarkeşlər də izləyəcək

İngiltərə Federasiya kubokunun yarımfinal qarşılaşmalarında hakim VAR sisteminə müraciət olunan epizodlarda qərarını dəyişsə, bunu azarkeşlər də izləyəcək.

İdmanxeber.az-ın məlumatına görə, qərarın dəyişməsində azarkeşlərdə hər hansı bir şübhə qalmaması üçün həmin epizod stadiona yerləşdirilən televizorlar vasitəsi ilə azarkeşlərə də göstəriləcək.

Qərar aprelin 6-7-də “Uembli” stadionunda keçiriləcək ilk yarımfinal qarşılaşmalarında qüvvəyə minəcək.

Qeyd edək ki, VAR sistemi növbəti mövsümdən İngiltərə Premyer Liqasında da tətbiq ediləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43