Kateqoriyasız

Təbriz Həsənov: “Rövnəq Abdullayev dedi ki…”

"Təbii ki, ilk növbədə qələbə münasibəti ilə hamını təbrik edirəm. Amma təəssüf edirəm ki, qrupdan çıxa bilmədik. Bundan daha yaxşı ola bilərdi. Çempionatda iştirakımızı başa vurduq. Futbolçularımız növbəti yarışlarını 19 yaşlı yığmada keçirəcəklər. Görünən odur ki, futbolçularımızın gələcəyi var və bundan daha yaxşı nəticələrə layiqdirlər".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri U-17 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.

Çalışdırıcı oyundan sonra Rövnəq Abdullayevin soyunub geyinmə otağına daxil olması barədədə danışıb:

"Rövnəq müəllim otağa daxil olub futbolçularımızı qələbə münasibətilə təbrik etdi. Onlara bildirdi ki, həqiqətən ilk oyunumuzdakı nəticənin təsadüfü olduğunu sonrakı 2 oyunda sübuta yetirdilər. Onlara gələcəkdə hər şeyin daha yaxşı olacağına ümid etdiyini bildirdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43