Ölkə futbolu

“Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu”

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib.

O, “Sumqayıt”la oyun barədə fikirlərini bildirib:

“Sumqayıt”ı məğlub edə bilmədiyimiz üçün məyusam. Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu. O epizodlardan birini qola çevirsəydik ardı gələcəkdi. Rəqib sona kimi bütün komanda ilə müdafiə olundu. Qarşıda bizi növbəti çətin oyun gözləyir. Həftə sonu “Qarabağ”ı qəbul edəcəyik. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43