27 Fevral 2024
Ölkə futbolu

Tərlan Əhmədovdan ŞOK sözlər: “Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma…”

“İnterAz” televiziyasında yayımlanan “Arena” verilişində "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov qalmaqallı açıqlamalar verib.

O, “Neftçi”nin baş məşqçi postunu tərk etdikdən sonra klub prezidenti Sadıq Sadıqovun köməkçisi təyin edilən Böyükağa Hacıyev onun işinə müdaxilə etdiyini söyləyib. Gənc çalışdırıcı etiraf edib ki, “Neftçi”də işləməsinə PFL prezidenti Ramin Musayev şərait yaradıb.

"Mən istefaya gedənə qədər “Neftçi” çempionatda lider idi. Amma hiss edirdim ki, hansısa bir məğlubiyyət gözlənilir ki, mənim yerimə kimsə gətirilsin. Superkubok oyununda məğlubiyyət bizim göndərilməyimiz üçün bəhanə oldu. Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma Sadıq Sadıqov qoymayıb”.

"Mən Böyükağa Hacıyevin “Neftçi”də köməkçisi olmuşam. Hər bir məşqçi kluba gələndə özü ilə köməkçilərini də gətirir. Amma mən “Neftçi”yə Hacıyevin istəyi ilə gəlməmişəm. Məni kluba təqdim edən Ramin Musayev olub. Ona görə də Hacıyev istefa verəndə mən istefa vermədim. Hacıyevin özünə də dedim ki, məni bu kluba gətirən adam “get” desə, gedərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43