İdman

Tərlan Əhmədov: “Allahın bacısı oğlu deyiləm ki…”

“Açığı, oyuna pis başlamamışdıq. Ancaq istər-istəməz 2 səhv oyunun taleyini həll etdi. Mənə dedilər ki, orada penalti yox idi. Mübarizə davam edir. İlk hissədə ürəyaçan çıxış etmədi. İkinci yarı daha yaxşı alındı. Məğlubiyyətin səbəbkarı mənəm. Həyat davam edir. Qarşıda çətin oyunlar var. “Neftçi” öz sözünü deyəcək. Arxayınam ki, oyundan oyuna artıracağıq. Mən bura gələrkən 1 xalımız vardı. Bacardığımız qədər irəli gedəcəyik. Hədəfimiz Avropa Liqasına düşməkdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt” – “Neftçi” matçı sonrası qonaqların baş məşqçisi Tərlan Əhmədov deyib. Çalışdırıcı, daha sonra jurnalistlərin suallarıı cavablandırıb.

– Ötən həftə Lukas Qomesin oyunundan razı qaldığını bildirdiniz. Ancaq ehtiyatda qaldı…

– Ötən həftə Mirabdulla Abbasov oyuna daixl oldu və qol vurdu. Onun haqqı idi ki, əsas heyətdə meydana çıxsın. Hər halda Mirabdulla Abbasov potensiyallı futbolçudu. Sadəcə yenə deyirəm, onun gücü imkan vermir ki, 90 dəqiqə oynasın. 

– Ramin Musayev bu gün mətbuata açıqlamasında bildirdi ki, Tərlan Əhmədovu cəzalandıracağam. Bu məsələyə münasibətiniz necədi?
– Ramin Musayev haqda çox söz-söhbətlər var. Mənim işim meydançadadı. Oyunla bağlı sualınız varsa verin. Oyuna 2 gün qaldığı bir müttədə mətbuatı oxumadım. Çünki başım işimə qarışıb. Mənim işim meydançadadı.
– Qarşılaşmaya 24 saat qaldığı bir vaxtda böyük dəyişikliklər baş verdi. “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə təyin olundu. Bu sürpriz olmadı?

– Sürpriz deməzdim. İki səhvi özümüz etmişik. Qaldı ki, dəyişikliklərə… Bu dəyişiklikləri sponsorlar bilər. Bu işə biz qarışa bilmərik. Məsləhət biliblərsə, demək razılaşmalıyıq. Rəqibin sürprizini isə görmədim.

– “Neftçi”də hər zaman məşqçilərə təzyiq olub. Bu gün sizin ətrafınızda söz-söhbətlər səngimək bilmir…

– Sentyabrdan bu yana heç bir təzyiq görməmişəm. Kənarda nələr baş verir, xəbərim yoxdu. Heç bu barədə nəsə bilmək də istəmirəm. Mənə lazımdı ki, “Neftçi” yaxşı oynasın. Əsdafurlah, Allahın bacısı oğlu deyiləm ki, möcüzələr yaradım. İnşallah, yavaş-yavaş daha yaxşı olacaq.

– “Neftçi”nin yeni prezidenti bu gün mətbuata açıqlama verərkən bildirib ki, komandanın müdafiə xəttində müəyyən problemlər var. Bu barədə nə deyə bilərsiniz?

– Dünən görüşdük. Ancaq dediyim kimi, oyundan 2  gün əvvəl nə mətbuatı oxuyuram, nə də başqaları ilə söhbət edirəm. Sırf olaraq nədən söhbət getdiyini bilmirəm.

– Komandada psixoloji durum nə yerdədi?

– Normaldı. Məğlubiyyətin mənfi təsiri çox olmamalıdı.

– Rəşad Sadiqov azarkeşləri söydü və siz futbolçunuzun tərəfini tutdunuz…
– Hər birimiz azərbaycanlıyıq. Hər kəs bir-birimizə hörmətlə yanaşmalıyıq. Heç kim bir-birinin nəslinə, kökünə toxunmamalıdı. Sadəcə pis söz deyən adama dedim ki, ağsaqqal adamsan! Düzdü, Rəşad hər nə olsa, cavab qaytarmamalı idi. Ancaq o kişiyə də yaraşmaz ki, belə söyüş söysün. Biz dillənməyək, polis də kənardan baxsın. Olmaz axı…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43