Kateqoriyasız

Tərlan Əhmədovdan Samir Abasova məsləhət

“Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm”.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının oyunboyu səhvsiz mübarizə apardığını bildirib: “Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var.

Həmişə demişəm ki, futbol aqressiv oyundur. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət etməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43