Kateqoriyasız

Messi daha bir nominasiyada Ronaldonu qabaqladı

Dünyanın ən yaxşı 50 futbolçusunun siyahısını elan edilib.

İdmanxeber.com-un məlumatına görə, bu siyahını məşhur “goal.com” portalı tərtib edib.

“Barselona” və Argentina millisinin ulduzu Lionel Messi siyahıda birinci olub.

2008-ci ildən tərtib olunan siyahıda bu vaxta qədər Messi və Ronaldo hərəyə 3 dəfə ən yaxşı adına layiq görülmüşdü. Mükafata 4-cü dəfə yiyələnə Messi bu komponentdə əsas rəqibini geridə qoyub.

“Mən hər zaman komanda şəklində qazanılan titulu daha üstün görürəm.Ən önəmli olan klubun hədəfləri və mövsümün sonunda bu hədəflərə nail olmaqdır. Belə qurumun mükafatını qazanmaq da böyük bir şərəfdir”, – sözlərini səsləndirən qalib Messidən başqa komanda yoldaşları Suares və Neymar müvafiq olaraq üçüncü və dördüncü pillədə qərarlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43