İdman

Teymur Rəcəbov Madriddə ilk qələbəsini qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Rəcəbov 41-ci gedişdə rəqibini məğlub edib.

Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub.

9 turdan sonra Rəcəbovun 4 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43