Dünya futbolu

TFF-dən radikal qərar

Türkiyədə Klublar Birliyinin (TKB) növbəti yığıncağı keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, qurumun sədri Göksel Gümüşdağ və İdarə Heyətinin postunda qalmasını məqsədəuyğun sayan TKB üzvləri bir sıra vacib qərarlar da qəbul edib.

 

Tədbirdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Gümüşdağ “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor” və “Bursaspor”un öz aralarında keçirilən səfər oyunlarına azarkeş aparmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Artıq yeni mövsümdən prinsipial oyunları qonaq azarkeşlər də stadiondan izləyə biləcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43