İdman

Tibilisidə cüdo üzrə Qran-Pri yarışına start verilib

Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran-Pri yarışına start verilib. 

İdmanxeber.com-un məlumatına görə, 3 gün davam edəcək yarışda millimizin aparıcı üzvlərindən bəziləri iştirak etmir. Belə ki, yığmamızın baş məşqçisi Peter Zayzenbaxer cüdoçularımıza istirahət verib.

Tbilisi Qran-Prisinin ilk günündə tatami üzərinə 3 təmsilçimiz çıxıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk qarşılaşmasında belarusiyalı Arif Bağırova qalib gəlsə də, ikinci gürüşündə məğlub olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Elbrus Zamanov isə ilk çıxışını məğlub başa vurub.

48 kq çəki dərəcəsində tatami üzərinə çıxan Aişə Qurbanlı da ilk qarşılaşmasında məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatılacağı yarışda millimiz 12 idmançı ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43