Kateqoriyasız

Ukrayna prezidenti futbolçulara tapança payladı

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa çempionatının final mərhələsinə çıxması münasibətilə futbol üzrə milli komandanın baş məşqçisi Mixail Fomenko, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və 9 futbolçunu tapança ilə mükafatlandırıb.

İdmanxeber.com-un məlumatına görə, dövlət başçısı bu haqqda fərmanı 21 noyabr 2015-ci ildə imzalayıb.

Ancaq fərmanın mətni daha əvvəl dərc edilməyib. Poroşenko yığmanın üzvləri ilə noyabrın 22-də görüşüb. Görüşün nəticələrinə görə idmançılara “yadda qalan hədiyyələr” verilib.

Ukrayna Avro-2016-ın seçmə mərhələsində C qrupunda üçüncü yeri tutub. Ukrayna komandası Sloveniya komandasına qalib gəlib. Komanda qrup mərhələsində Almaniya, Polşa və Şimali İrlandiya ilə görüşəcək. publika.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43